Bazar ertəsi
Yan 05

Trampdan İrana ciddi xəbərdarlıq: "Etirazçılar öldürülsələr, ABŞ çox sərt cavab verəcək"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp bu gün jurnalistlərə açıqlamasında İran hakimiyyətinə ciddi xəbərdarlıq edib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

O bildirib ki, əgər İran etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək.

İranda ümumxalq etirazları fonunda səslənən bəyanatda Tramp vurğulayıb ki, etirazçılara atəş açılması halında ABŞ onları qorumaq üçün müdaxilə edəcək.

Tramp, həmçinin vurğulayıb ki, İran etirazçılarını dəstəkləməyən Barak Obamadan fərqli olaraq, o "bu yanaşmanı düzəldib".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.