Şənbə
Yan 03

Venesuela əməliyyatından sonra Trampdan İLK AÇIQLAMALAR

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp Venesueladakı əməliyyatı Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo iqamətgahından izlədiyini bildirib.

King.Az xəbər verir ki, bu barədə o, "Fox News"a danışıb.

Dövlət başçısının sözlərinə görə, ABŞ ordusu Venesuela əməliyyatında heç bir itki verməyib.

Tramp qeyd edib ki, ABŞ 2-4 gün əvvəl Maduronu ələ keçirməyi planlaşdırıb. Lakin daha öncə o, Maduro ilə danışaraq onu könüllü təslim olmağa çağırıb.

ABŞ prezidenti vurğulayıb ki, hazırda Ağ Ev Venesuelanın siyasi perspektivləri ilə bağlı qərarlar qəbul edir. Vaşinqton Venesuelanın neft sektorunda ciddi şəkildə iştirak edəcək.

Tramp bildirib ki, Maduronun həbsi Çinlə ABŞ arasında heç bir problem yaratmayacaq.

Onun sözlərinə görə, hazırda Maduro və həyat yoldaşı helikopterdən endirilib və gəmi ilə Nyu-Yorka aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.