Şənbə
Dek 27

Avropa Tramp-Zelenski görüşündən müsbət nəticələr gözləyir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Avropa ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında növbəti görüşün sülhün yaxınlaşmasına kömək edəcəyinə ümidlidir".

King.Az xəbər verir ki, bu barədə CNN adının çəkilməsini istəməyən Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, avropalılar ABŞ və Ukrayna arasındakı münasibətlərin hazırkı dinamikasını məhsuldar hesab etdikləri üçün müsbət nəticəli görüş gözləyirlər.

Telekanal xəbər verib ki, Trampla görüşündən əvvəl Zelenski mövqelərini razılaşdırmaq üçün NATO rəsmiləri, eləcə də Kanada, Almaniya, Finlandiya, Danimarka və Estoniya liderləri ilə görüşüb.

Ağ Ev Trampın Zelenski ilə bazar günü yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə bazar ertəsi saat 00:00 - red.) Florida ştatının Palm-Biç şəhərində görüşəcəyini təsdiqləyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.