Azərbaycan və Oman arasında diplomatik, xüsusi və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.
King.Az xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü plenar iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda "Azərbaycan Respublikası Hökuməti ilə Oman Sultanlığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Sonda layihə səsə qoyularaq qəbul edilib.
Oxşar Mövzular
İran Aİİ-də müşahidəçi statusu alıb
26-12-2024, 21:59
İsrail ordusu Qəzzaya dəqiq zərbə endirdiyini elan etdi
28-01-2026, 21:07Zelenski Türkiyəyə səfər edəcək
18-11-2025, 12:16