Çərşənbə axşamı
Dek 23

Tramp Kolumbiya prezidentini "kokain fabriklərini" dərhal bağlamağa çağırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ Prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petronu Latın Amerikası respublikasında narkotik istehsalına göz yummaqda ittiham edib və ölkə rəhbərliyini narkotik kartelləri ilə mübarizəni gücləndirməyə çağırıb.

King.Az xəbər verir ki, D.Tramp Floridada Palat-La-Marate yaxınlığında jurnalistlərə açıqlamasında belə deyib.

"O, ehtiyatlı olmalıdır, çünki onun narkotik laboratoriyaları var, Kolumbiyada kokain istehsal edirlər. O, ABŞ-nin dostu deyil, çox pis adamdır. Qoy o öz canının qeydinə qalsın, çünki o, kokain istehsal edir və onu Kolumbiyadan ABŞ-yə göndərir", - deyə D.Tramp bildirib.

"Biz Kolumbiya xalqını sevirik. Mən də Kolumbiya xalqını sevirəm. Onlar gözəl insanlardır - enerjili, ağıllı və gözəldirlər. Amma onların yeni lideri problem yaratmağı sevir. O, diqqətli olmalıdır. Yaxşısı budur, kokain fabriklərini bağlayasınız. Üç böyük kokain fabriki var. Biz onların harada olduğunu bilirik. Onları tez bağlasanız, yaxşı olar", - deyə ABŞ lideri əlavə edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.