Şənbə
Dek 20

Ukrayna dronları Xəzərdə Rusiya gəmisinə və "LUKOİL" platformasına zərbə endirdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ukraynaya məxsus pilotsuz təyyarələr Xəzər dənizindəki Rusiya gəmisinə və "LUKOİL" platformasına zərbələr endirib.

King.Az "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Bildirilir ki, dekabrın 19-na keçən gecə Ukrayna dronları neft-qaz infrastrukturunun yaxınlığında patrulluq edən Rusiyanın "Oxotnik" hərbi gəmisini vurub.

Bundan başqa, "LUKOİL" şirkətinə məxsus Filanovski neft-qaz yatağında qazma platforması da dron hücumuna məruz qalıb.

Hazırda obyektlərə dəyən zərərin məbləği hesablamağa çalışırlar.

Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri "işğalçı dövlətin hərbi və iqtisadi potensialını zəiflətməyə yönəlmiş asimmetrik taktikaların" bundan sonra da davam edəcəyini bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.