Cümə
Dek 19

Üç ölkə Kiyevi maliyyələşdirməkdən imtina etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynanın sıfır faizlə 90 milyard avro həcmində maliyyələşdirilməsində iştirakdan de-yure imtina ediblər.

Bu barədə Oxu.Az Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı sammitinin yekun bəyanatına istinadən xəbər verib.

"Ukraynaya verilən kreditə zəmanət qismində Aİ büdcəsi üçün maliyyə resurslarının səfərbər edilməsi Çexiya, Macarıstan və Slovakiyanın maliyyə öhdəliklərinə təsir göstərməyəcək", - deyə bəyanatda qeyd olunub.

Macarıstan və Slovakiya bu bəyanatı imzalamaqdan da imtina ediblər. Sənədin son abzasında sammitin Ukrayna ilə bağlı verdiyi bəyanatın 27 ölkədən 25-i tərəfindən dəstəkləndiyi bildirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.