Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
King.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Renault" markalı minik avtomobili aşıb və bir nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən bir nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Oxşar Mövzular
Benyamin Netanyahu İranın ali rəhbərini hədələdi
2-10-2024, 14:05Ədalət Şükürov AYNA-ya çağırılmasından danışdı: Zəng etdilər
10-10-2024, 17:05
İngiltərə Premyer Liqası: "Tottenhem" "Arsenal"la üz-üzə
15-09-2024, 16:11