Cümə
Dek 19

Gündə bir və ya iki dəfə qida qəbulunun FƏSADLARI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Gündə üç dəfə qida qəbulundan imtina etmək maddələr mübadiləsini poza bilər".

King.Az xəbər verir ki, bunu diyetoloq və qastroenteroloq Viktoriya Qonçar Gazeta.ru-ya açıqlamasında bildirib.

Həkimin fikrincə, qida qəbulu arasında müddət, yuxu saatlarını saymasaq, 3-5 saat təşkil etməlidir.

"Belə intervallar qanda qlükozanın stabil səviyyəsini saxlamağa və aclıq hissini tənzimləməyə imkan verir. Daha uzun məsafə çox yemək riskini artırır. Üstəlik, burada psixoloji amil də mövcuddur. Adama elə gəlir ki, səhər və ya günorta yeməyini yeməyibsə, daha çox yeməyə haqqı var", - deyə doktor vurğulayıb.

Xüsusən də, az və kiçik porsiyalarla yeyən adamlar, eyni zamanda, qidalandırıcı maddələrin çatışmazlığı ilə üzləşə bilərlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.