Çərşənbə axşamı
Dek 16

Polşa Ukraynaya qoşun göndərəcəkmi? - Baş nazirdən açıqlama

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Polşa Ukraynada formalaşdırılması planlaşdırılan çoxmillətli hərbi missiyaya qoşun göndərməyəcək.

King.Az-ın xəbərinə görə, bu barədə Polşanın Baş naziri Donald Tusk Berlində Avropa ölkələri liderləri ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşündən sonra jurnalistlərə bildirib:

"Mən artıq bir neçə dəfə mövqeyimizi ifadə etmişəm. Polşanın fərqli vəzifəsi var - NATO-nun şərq cinahını müdafiə etmək".

Eyni zamanda o vurğulayıb ki, Varşava Kiyevə mümkün təhlükəsizlik zəmanətləri üçün logistik dəstək verəcək.

Daha əvvəl aparıcı Avropa ölkələrinin liderlərinin bəyanatında bildirilmişdi ki, təhlükəsizlik zəmanətləri "Ukrayna üçün çoxmillətli qüvvələr"in yaradılmasını nəzərdə tutmalıdır. Mətndə göstərilir ki, bu qüvvələr "könüllülərin koalisiyası" çərçivəsində və ABŞ-nin dəstəyi ilə yaradılmalıdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.