Şənbə
Dek 13

Türkiyəli müğənni Güllünün ölümündə şübhəli bilinən qızı HƏBS EDİLDİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur türkiyəli müğənni Güllünün polis tərəfindən saxlanılan qızı Tuğyan Ülkem Gülter barəsində həbs qərarı çıxarılıb.

King.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəsdən adam öldürmə ittihamı ilə barəsində həbs qərarı çıxarılan Gülter məhkəmə zalından həbsxanaya göndərilib.

Bundan başqa, hadisə günü Gülter ilə eyni otaqda olan rəfiqəsi Sultan Nur Ulunun da məhkəmə istintaqı başa çatıb. Məhkəmənin qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq çərçivəsində saxlanılan Arif Ulu və daha iki nəfər dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.