Şənbə
Dek 13

Türkiyə Somalidə kosmodrom tikməyə başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Türkiyə Somalidə milli kosmik proqramını dəstəkləmək üçün kosmodrom tikintisi layihəsini həyata keçirməyə başlayıb".

King.Az "Turkiye Today"ə istinadən verdiyi xəbərə görə, bunu "Baykar" şirkətinin Direktorlar Şurasının sədri Selçuk Bayraktar bildirib.

"Adətən raket daşıyıcılarının istifadəsi üçün kosmodrom okeana yaxın olmalıdır. Türkiyənin Somalidə sahəsi 30x30 kilometrlik olan belə bir ərazisi var. Dünyada cəmi 12 belə meydança var. Dövlət artıq Somalidə kosmodromun tikintisinə başlayıb", - deyə Bayraktar İstanbulda keçirilən "Take Off" texnologiya forumunda açıqlayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.