Cümə axşamı
Dek 11

Kamboca-Tailand qarşıdurmasında ölənlərin sayı artdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Tailandla sərhəddə münaqişənin kəskinləşməsi nəticəsində ən azı 10 Kamboca sakini həlak olub, 60 nəfər yaralanıb.

King.Az-ın xəbərinə görə, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi öz "Telegram" kanalında məlumat verib.

"10 dekabr 2025-ci il tarixinə olan məlumata görə, Kambocanın 10 dinc sakini (o cümlədən bir uşaq) ölüb, 60 mülki şəxs yaralanıb", - deyə məlumatda bildirilib.

Eyni zamanda, Tailand Silahlı Qüvvələri komandanlığının məlumatına görə, Kamboca ilə sərhəddə döyüşlər zamanı Tailand hərbçiləri arasında ölənlərin sayı səkkizə çatıb. Qeyd edilir ki, Kamboca mərmisinin düşməsi nəticəsində ən son 22 yaşlı əsgər həlak olub.

Xatırladaq ki, Tailand-Kamboca sərhədində dekabrın 7-də kiçik silahlardan istifadə etməklə toqquşmalar başlayıb. Tailand Kral Ordusu Kamboca hərbçilərinin sərhəd zonasındakı Tailand mövqelərini artilleriya atəşinə tutduğunu bildirib. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kamboca hərbi infrastrukturuna hücum edib. Tailand Quru Qoşunlarından bildirilib ki, Kamboca Tailand ərazisini "BM-21" raketləri ilə atəşə tutub və həmçinin dron-kamikadzelərdən də istifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə ziyan vurmaq üçün cavab atəşi açıblar.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.