Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi və enerji infrastrukturuna kütləvi hücum təşkil edib.
King.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, hücum dekabrın 5-də gecə saatlarında başlayıb və hazırda da davam edir. Bütün Ukrayna ərazisi boyunca hava hücumu xəbərdarlığı qüvvədədir.
Hücum zamanı "Kinjal" hipersəs raketlərindən və "Geran-3" dronlarından istifadə edilib.
Kiyevin yaxınlığındakı Fastivdə güclü partlayışlar və yanğın baş verib. Yerli dəmiryol qovşağının və enerji obyektlərinin dağıdıldığı bildirilir. Şəhərdə, həmçinin bir neçə mühüm zavodun olduğu qeyd edilir.
Eyni zamanda, "Kinjal" raketləri Dnepropetrovsk vilayətindəki ən böyük və Ukraynada üçüncü ən güclü elektrik stansiyası olan Krivoy Roq İstilik Elektrik Stansiyasının ərazisinə də zərər verib. Bölgədə elektrik kəsintiləri müşahidə olunur.
"Geran-3" PUA-ları (pilotsuz uçuş aparatları - dron) ilə Belaya Tserkov və Vışqorod şəhərlərindəki hədəflərə də zərbə endirilib. Dronların anbarların yaxınlığında düşdüyü bildirilir. Hücumdan sonra yanğın başlayıb.
Bundan əlavə, Xmelnitski vilayətindəlki hərbi aerodromun yaxınlığında, eləcə də Sumı, Çerniqov, Çerkassk, Vinnitsa, Poltava və Odessa bölgələrində də partlayışlar eşidilib.
Oxşar Mövzular
Vinisius Junior uzun müddət yaşıl meydanlardan kənar qalacaq
25-11-2024, 22:59İlham Əliyev Yevlax pilot aqroparkının açılışında iştirak edib
23-06-2025, 13:50