Cümə axşamı
Dek 04

Nazir rəisi işdən çıxardı - İki təyinat etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib.

King.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.

Kəmaləddin Heydərov daxili xidmət mayoru Ceyhun Ramazanovu Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib. Ona "polkovnik-leytenant" rütbəsi verilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.