Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə hücum PUA (pilotsuz uçuş aparatı - dron) tərəfindən həyata keçirilib. Hücum nəticəsində gəminin üst hissələrinə kiçik ziyan dəyib, lakin heç kim xəsarət almayıb.
King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə "Rosmorreçflot"dan məlumat verilib.
"Dekabrın 2-si saat 8:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) Qara dənizdə "MIDVOLGA-2" Rusiya gəmisinə PUA hücumu olduğu barədə məlumat daxil olub. Gəmiyə kiçik ziyan dəysə də, su sızması baş verməyib", - deyə məlumatda qeyd edilib.
"Gəmi sərbəst şəkildə Sinop limanına doğru hərəkət edir. Xəsarət alan yoxdur", - deyə "Rosmorreçflot" əlavə edib.
Oxşar Mövzular
BMT Təhlükəsizlik Şurası Polşaya görə təcili toplanır
11-09-2025, 14:32Pezeşkian internet məhdudiyyəti ilə bağlı vədini yerinə yetirmir
23-12-2024, 13:39