0
Bazar
Noy 30

Macar tərcüməçi Putinin sözlərini səhv tərcümə edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Macarıstanın Baş naziri Viktor Orbanın Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı tərcüməçinin səhvləri səbəbindən Rusiya liderinin sözləri qeyri-dəqiq çatdırılıb.

King.Az bu barədə "Telex" nəşrinə istinadən xəbər verir.

Tərcüməçi Putinin bir sıra fikirlərini ya yumşaldıb, ya da tamamilə fərqli formada ifadə edib. Bu yanlışlıqların bir hissəsi Ukrayna mövzusu ilə bağlı olub.

Məsələn, Putin "Ukrayna məsələsində sizin tarazlı mövqeyinizi bilirik" dediyi halda, tərcüməçi bunu "Və mən bilirəm ki, beynəlxalq siyasət, əlbəttə, sizə təsir göstərir" kimi çatdırıb.

Hakim "Fides" partiyasının kommunikasiya direktoru, parlamentin üzvü Tamaş Mentser tərcüməçinin hərəkətlərini izah edərkən deyib:

"O, Rusiya prezidentinin sözlərini yaxşı eşitməyib. Belə hallar olur, hər kəsin pis günü ola bilər. Həmin qadın tərcüməçi bu sahədə rus dilindən macar dilinə ən yaxşı tərcüməçi sayılır".

Xatırladaq ki, Orban noyabrın 28-də Putinlə danışıqlar üçün Moskvaya səfər etmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.