0
Bazar
Noy 30

Bakı-Sumqayıt yolundakı avtobus zolaqları ilə bağlı YENİLİK

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bakıdan Sumqayıt şəhəri istiqamətinə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün xüsusi hərəkət zolaqları təşkil edilib.

Avtobus zolaqlarına daimi giriş qadağası yolda tıxacın artmasına və sürücülərin narazılığına səbəb olmuşdu.

King.Az-ın məlumatına görə, dünən gecədən etibarən zolaqlarda artıq dəyişiklik edilib.

Belə ki, yeni qruraşdırılan tablolarda "07:00 - 23:00" yazısı öz əksini tapıb. Bununla da, həmin zolaqlara saat 23:00-dan 07:00-a qədər daxil olmaq qadağan deyil.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.