İlk beynəlxalq səfərini Türkiyəyə edən Katolik dünyasının ruhani lideri, Roma Papası XIV Leo Ankara səfərindən sonra İstanbula gedib.
Bu barədə King.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Ankaradakı görüşlərin ardınca İstanbula gedən Papa XIV Leonun burada ilk dayanacağı Şişli rayonundakı Müqəddəs Esprit Katedralı (Müqəddəs Ruh Katedralı) olub. Papa gecəni katedralda keçirib. Onun gəlişindən əvvəl ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Papa XIV Leonu görmək istəyən vətəndaşlar səhər saatlarından etibarən katedralın qarşısında gözləməyə başlayıblar. Çiçəklərlə qarşılanan Papa içəri girməzdən əvvəl onu izləyənlərə əl edib.