3
Bazar ertəsi
Noy 24

Qadın avtobus sürücüsü: "Əsas çətinlik piyadaların yola düşünmədən çıxmaları ilə bağlıdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Ali təhsilliyəm, ixtisasım maliyyə və kreditdir. Avtobus sürücüsü olmaq uşaqlıq arzum idi. Bu il qismət oldu və təlimlərə başladım. Təlimlərimiz çox yaxşı keçdi".

Bunu King.Az-a açıqlamasında 1989-cu il təvəllüdlü Xalidə Səməd qızı Səmədova deyib.

O qeyd edib ki, 13 illik sürücülük təcrübəsi var.

"Şəxsi avtomobil idarə etmişəm, ailə sürücüsü kimi fəaliyyət göstərmişəm. Buna görə düşündüm ki, bu işin də öhdəsindən gələ bilərəm və təlimlərə qatıldım.

AYNA və "BakuBus" tərəfindən təşkil olunan təlim müddəti 3-4 ay çəkdi. Təlimlərdə əsasən təhlükəsizlik və sərnişinlərə mədəni xidmət göstərilməsinə xüsusi önəm verildi. Təlim mənə çətin olmadı.

Şəhərdə avtobus idarə edərkən əsas çətinlik piyadaların yola düşünmədən çıxmaları ilə bağlı olur. Avtobusun sükanı arxasında olmaq isə çox maraqlı və xoş hissdir", - deyə X.Səmədova bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.