1
Şənbə
Noy 22

Çili ABŞ-yə nota verdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çilinin Xarici İşlər Nazirliyi ABŞ səfirliyinə etiraz notası təqdim edib. Buna səbəb ABŞ-nin yeni təyin olunmuş diplomatik missiya rəhbəri Brendon Caddın Cənubi Amerika ölkəsinin daxili işləri ilə bağlı dediyi sözlər olub.

King.Az-ın TASS-a istinadən xəbərinə görə, nazirlik bu barədə öz saytında məlumat verib.

Çilinin xarici işlər naziri Alberto van Klaveren diplomatın sözlərini "yersiz və uğursuz" adlandırıb.

"Bundan əlavə, biz hesab edirik ki, onun ölkəmizdəki daxili siyasi proseslərlə bağlı açıqlamaları dövlətimizin daxili işlərinə müdaxilə deməkdir və biz etiraz notası ilə bu mövqeyimizi ona çatdırdıq", - deyə nazir qeyd edib.

Brendon Cadd iki həftədən az müddətdir ki, Çilidədir. Burada keçiriləcək prezident seçkisinin ikinci turu ilə bağlı mətbuat konfransında şərh verən diplomat bildirib ki, ABŞ çilililərin seçdiyi istənilən hökumətlə əməkdaşlıq edəcək, lakin ideoloji cəhətdən yaxın olan bir hökumətlə işləmək daha asan olacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.