"Vaşinqton Administrasiyası Ukraynada münaqişənin nizamlanması üçün Moskva və Kiyevin mövqelərini nəzərə alan təkliflər hazırlayır və hər iki tərəfin güzəştə getməli olduğunu hesab edir".
King.Az xəbər verir ki, bunu ABŞ-nin Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Rubioya görə, nizamlama üçün ciddi və real ideyaların ətraflı mübadiləsi tələb olunur.
"Davamlı sülhə nail olmaq üçün hər iki tərəf çətin, lakin zəruri güzəştlərə razılaşmalıdır, - deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri vurğulayıb. - Məhz buna görə biz münaqişənin hər iki tərəfindən alınan məlumatlar əsasında bu müharibəni sona çatdırmaq üçün potensial təkliflərin siyahısını hazırlayırıq və bundan sonra da sülh üzərində çalışacağıq".

