Londondakı Nyu-Bond küçəsi 2025-ci ildə dünyanın ən bahalı ticarət küçəsi olub.
King.Az bildirir ki, bu barədə məlumat "Cushman & Wakefield"ın illik hesabatında yer alıb.
Məlumata görə, Nyu-Bond reytinqin ötənilki lideri Montenapoleone küçəsini (Milan) birinci yerdən sıxışdıraraq, dünyanın ən bahalı ticarət küçələri reytinqində ilk pillədə qərarlaşıb.
Qeyd edilir ki, Nyu-Bondda ticarət obyektlərinin illik icarə haqqı 22% artaraq, bir kvadratmetrə görə 20 482 avro təşkil edib.
Reytinqin ikincisi olan Montenapoleone küçəsindədə icarə haqqı qiymətləri bir kvadratmetrə görə 20 min avro olub.
Siyahıda ilk üçlüyü isə Nyu-Yorkun Beşinci prospekti (Fifth Avenue) tamamlayır. Burada icarə qiymətlərinin səviyyəsi bir kvadratmetrə görə 18 360 avro təşkil edib.
Qeyd edək ki, "Cushman & Wakefield" 35 ildir ki, "Dünyanın əsas ticarət küçələri" reytinqini tərtib edir. 2025-ci ildə bu reytinqə 141 şəhər daxil edilib. Reytinqdəki küçələrin 58%-ində icarə haqqının artdığı qeydə alınıb.
Oxşar Mövzular

ABŞ Silahlı Qüvvələri "Əl-Qaidə"nin komandirlərindən birini məhv etdi
30-11-2025, 15:13İranın ali rəhbərini tənqid edən din xadimi ayətullah Yəzdi həbs olundu
12-10-2024, 12:57Gündəlik Bürclər-(02.01.2025)
2-01-2025, 00:53