Çərşənbə axşamı
Noy 18

Azərbaycanın U-19 millisi bu gün Malta ilə üz-üzə gələcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.

King.Az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Sentenari" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 14:00-da start götürəcək. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.