"Sony" şirkəti "PlayStation 5" konsolu üçün xüsusi olaraq hazırlanmış 27 düymlük oyun monitoru buraxacaq.
King.Az xəbər verir ki, bu barədə "Daily Afisha" nəşri məlumat yayıb.
Bildirilir ki, cihaz 2026-cı ildə ABŞ və Yaponiyada satışa çıxarılacaq.
Yeni monitor HDR və VRR dəstəyinə malik QHD (2560×1440 piksel) ekranla təchiz olunub. Ekranın yenilənmə tezliyi 120 Hz-dir, lakin monitor kompüterə qoşulduqda bu göstərici 240 Hz-ə qədər artır.
Bundan əlavə, cihazda yalnız "PlayStation 5" üçün deyil, digər qurğular üçün də nəzərdə tutulmuş portlar mövcuddur. Onların arasında iki HDMI 2.1 portu, bir DisplayPort, iki USB Type-A portu və "PlayStation Link" adapterlərini birləşdirmək üçün bir USB Type-C portu yer alır.
Oxşar Mövzular

ETX bəzi veb-resurslarda müvəqqəti dayanmanın səbəbini açıqladı
5-12-2025, 16:28
Akcent - Stay With Me
18-04-2026, 21:49
DTX tərəfindən saxlanılan sabiq icra başçısı barəsində YENİ QƏRAR
22-05-2026, 13:00