Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb.
King.Az "Haber Global"a istinadən xəbər verir ki, mənbələr ilkin məlumatlara əsasən, təyyarə qəzasının səbəblərinə dair ilk versiyaları açıqlayıblar.
İlkin qiymətləndirmələrə görə, təyyarənin qəzaya uğramasının iki mümkün səbəbi var. Təyyarə uzun müddət istismar olunub və son əsaslı təmiri 2020-ci ildə keçirilib. Bu versiyaya görə, korroziya səbəbindən təyyarənin korpusunda dəlik əmələ gələ bilər. 2019-cu ildə ABŞ-nin Arizona ştatında bu tip təyyarə eyni səbəbdən havaya qalxarkən qəzaya uğrayıb.
İkinci versiyaya görə, yük lazımi şəkildə bərkidilmədiyi üçün uçuş zamanı sürüşməyə başlayıb.
Oxşar Mövzular
2024-cü ildə ən çox qazanan və "yoxsullaşan" milyarderlər
30-12-2024, 12:04
Elit Star Cemile - Basqasi
13-09-2024, 19:17Rusiyanın BMT-dəki daimi nümayəndəsi: "Suriya siqnallar göndərir"
3-01-2025, 23:34