Gənc yaşlarında alkoqollu içkilərdən sui-istifadə gələcəkdə daha yüksək karyera uğurları ilə bağlantılı ola bilər.
King.Az "The Times" nəşrinə istinadən xəbər verir ki, belə bir qənaətə norveçli sosioloq Villi Pedersen gəlib.
O, həmkarları ilə bu mövzuda 18 il davam edən və 13-31 yaş arası insanları əhatə edən tədqiqat aparıb.
Tədqiqatın nəticələri göstərib ki, gec yeniyetməlik və ya 20 yaşdan sonra mütəmadi olaraq dost-tanışlarla spirtli içki içməyə başlayan şəxslər yüksək təhsil və daha çox gəlir səviyyəsinə malik olublar.
Halbuki hələ erkən yetkinlik yaşında alkoqoldan sui-istifadə etməyə başlayanlar əksinə pis həyat göstəriciləri nümayiş etdiriblər.
Pedersen alkoqolun sosial vasitə kimi çıxış edə biləcəyini, insanların daha asan ünsiyyət qurmasına və vaxt ötdükcə karyeralarına təsir edə biləcək faydalı əlaqələr qurmasına kömək edə biləcəyini irəli sürüb.
Oxşar Mövzular

NASA xəbərdarlıq edir: Nəhəng aysberq yoxa çıxmaq üzrədir
10-01-2026, 12:08Qeyri-adi üz maskaları
11-10-2024, 17:02
Rəhim Sadıxov Azərbaycan çempionatlarında yubiley qolunu vurub
26-01-2026, 14:53