Çərşənbə axşamı
Noy 11

Şatdaun ABŞ-nin Avropadakı hərbi bazalarına təsir edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ hökumətində şatdaun səbəbindən ölkənin Avropanın bəzi ölkələrində yerləşən hərbi bazalarının əməkdaşları maaş almırlar, eyni zamanda bir sıra dövlətlər Vaşinqtonun sonradan bunu kompensasiya edəcəyi ümidi ilə onların saxlanılmasını öz üzərlərinə götürüb.

King.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qeyd olunur ki, bəzi Avropa ölkələrində, məsələn İtaliya və Portuqaliyada, hərbçilər ödənişsiz işləməyə davam edirlər.

Almaniya, Polşa, Litva və Qrenlandiya hakimiyyəti ABŞ hərbi bazalarının əməkdaşlarının saxlanma xərclərini öz üzərinə götürüb.

Daha əvvəl bildirilmişdi ki, ABŞ konqresinin senatında demokratlar qrupu respublikaçılarla birlikdə federal hökumətin işini bərpa etmək üçün nəzərdə tutulmuş qanun layihələri paketinin hazırlanmasının lehinə səs verməyə hazırdır.

Xatırladaq ki, ABŞ-də oktyabrın 1-də başlayan şatdaun hələ də davam edir. 14 cəhdə baxmayaraq, Senat dövlət qurumlarının müvəqqəti maliyyələşdirilməsi haqqında qanun layihəsini təsdiq edə bilməyib ki, bu da şatdauna səbəb olub.

Noyabrın 1-də ABŞ Prezidenti Donald Tramp şatdaun şəraitində Ərzaq Yardımı Proqramına vəsait ayırmaq üçün hüquqi imkanın olmadığını bəyan edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.