Çərşənbə axşamı
Noy 11

Dünyanın yaşamaq üçün ən yaxşı şəhərinin adı AÇIQLANDI

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Resonance Consultancy" konsaltinq şirkəti ardıcıl olaraq 11-ci dəfə Böyük Britaniyanın paytaxtı Londonu yaşamaq üçün dünyanın ən yaxşı şəhəri kimi tanıyıb.

King.Az xəbər verir ki, bu barədə təşkilatın saytında bildirilib.

Ekspertlər Britaniya paytaxtını "bütün paytaxtların paytaxtı" adlandırıb, onun yüksək rahatlıq səviyyəsini, mədəni müxtəlifliyini və inkişaf etmiş infrastrukturunu qeyd ediblər.

Reytinqdə ikinci yeri Nyu-York, üçüncü yeri isə Paris tutub. İlk onluğa həmçinin Tokio, Madrid, Sinqapur, Roma, Dubay, Berlin və Barselona da daxildir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.