Finlandiyanın dəniz izləmə sisteminə NATO-nun "kabus" gəmilərinə dair saatda 18 min saxta siqnal daxil olub.
King.Az xəbər verir, bu barədə "Helsingin Sanomat" (HS) qəzeti Finlandiyanın Nəqliyyat və Rabitə Agentliyi "Traficom"a istinadən məlumat yayıb.
Qeyd olunur ki, gəmilərin əsl yeri Baltik dənizində yerləşən sistemdəki siqnallarda göstərilən yerlərdən bir neçə min kilometr uzaqda olub. İspaniyaya məxsus gəmilərdən biri Somalidən Yaponiyaya gedərkən səhvən Finlandiya körfəzində göstərilib.
Nasazlığın səbəbi məlum deyil. "Traficom" insidentin gəmiləri izləmə sistemlərinə qəsdən müdaxilə nəticəsində baş verdiyini inkar etmir.
Oxşar Mövzular
Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
8-11-2024, 12:43