Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri (HDQ) öz cəbbəxanasına "Fudzyan" adlı yeni aviadaşıyıcı gəmi qəbul edib.
King.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Onun məlumatına görə, bu, Çinin göyərtəsindəki qırıcılarının havaya qalxması üçün elektromaqnit katapultla təchiz edilmiş bu qəbildən ilk gəmisidir.
"Ölkədə ilk dəfə elektromaqnit katapultla təchiz edilmiş "Fudzyan" aviadaşıyıcısı suya buraxılıb. Haynan əyalətinin Sanya hərbi dəniz limanında bu münasibətlə bayrağın dalğalandırılması mərasimi keçirilib", - deyə məlumatda bildirilir.
Oxşar Mövzular
Roma Papası Fransisklə vida mərasiminin ilkin tarixi açıqlandı
21-04-2025, 20:4650 milyon il yaşı olan unikal xüsusiyyətli kəhrəba aşkarlandı
14-01-2025, 13:02