Cümə
Noy 07

Türkiyədə məktəb avtobusu ilə yük maşını toqquşdu: Xeyli yaralı var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin Muğla bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

King.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yük maşını ilə şagirdləri daşıyan avtobusun toqquşması nəticəsində 21 şagird və bir müəllim xəsarət alıblar.

Hadisə Fethiye rayonunda baş verib. Təcili xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.