Filippində "Kalmaeqi" qasırğası nəticəsində ölənlərin sayı 188-ə çatıb.
King.Az xəbər verir ki, bu barədə məlumatı "Inquirer" qəzeti Filippin Mülki Müdafiə Nazirliyinə istinadla yayıb.
Daha əvvəl ən azından 140 nəfərin həlak olduğu bildirilirdi.
Nəşrin məlumatına görə, itkilər ən çox Sebu əyalətində qeydə alınıb. Qasırğa nəticəsində 135 adam itkin düşüb, 96 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bildirilir ki, qurbanların sayı arta bilər.
Oxşar Mövzular
"Microsoft" şirkəti "Windows 11"də yaşıl "ölüm ekranı" tətbiq edir
1-04-2025, 13:07
Tanınmış cazmen, Xalq artisti Cavan Zeynallının doğum günüdür
29-09-2024, 14:30"Arsenal"ın baş məşqçisi Rodriqonu istəyir
12-06-2025, 16:22