0
Cümə
Noy 07

"Gunvor" "LUKOIL"la sövdələşmədən imtina etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Gunvor" beynəlxalq enerji qrupu "LUKOIL"un xarici aktivlərinin alınması təklifini rədd etdiyini açıqlayıb.

King.Az xəbər verir ki, bu barədə şirkətin "X" sosial şəbəkəsindəki statusunda qeyd olunub.

"Gunvor" qərarını ABŞ Maliyyə Nazirliyinin şirkətə biznes fəaliyyəti üçün lisenziya verməkdən imtina etməsi ilə əsaslandırıb.

Şirkətdən bildiriblər ki, ABŞ Maliyyə Nazirliyinin "Gunvor"un guya Rusiya ilə mövcud əlaqəsi haqqında bəyanatı yanlışdır və həqiqətən uyğun deyil. Treyderin nümayəndələri bu anlaşılmazlığın aradan qaldırılmasına çalışacaqlar, lakin indiki şərtlərdə "LUKOIL"un xarici aktivlərinin alınması təklifini geri götürürlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.