1
Cümə axşamı
Okt 23

Almaniyanın avtomobil nəhəngləri çip çatışmazlığı fonunda istehsalı dayandıra bilərlər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı məhdudlaşdıra və ya tamamilə dayandıra bilərlər.

King.Az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qeyd olunur ki, Almaniya İqtisadiyyat Nazirliyi artıq bu vəziyyətin müzakirə olunduğu böhran iclası keçirib. Eyni zamanda, "Volkswagen"in bir zavodunun artıq istehsalı dayandırmağa məcbur olduğu, digərində isə iş vaxtının azaldılmasının gözlənildiyi bildirilir.

Məqalədə qeyd olunur ki, 10-12 gün ərzində çatışmazlıq avtomobil sənayesində bütün təchizat zəncirini əhatə edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.