Yaponiya parlamentinin aşağı palatasının deputatları oktyabrın 21-də Yaponiya Liberal Demokratik Partiyasının (LDP) sədri Sanae Takaiçini səs çoxluğu ilə ölkənin 104-cü baş naziri seçiblər. Bununla da Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir olub.
King.Az TASS agentliyinə istinadla xəbər verir ki, parlamentdə təmsil olunmuş 465 deputatdan 237-si Takaiçiyə səs verib. Onun əsas rəqibi - Konstitusiyalı Demokratik Partiyanın lideri Yosihiko Noda 149 səs toplayıb.
Parlamentdə səs çoxluğuna malik olmayan LDP səsvermədən bir gün əvvəl mühafizəkar Yaponiya Yenilənmə Cəmiyyəti Partiyası ilə ittifaq bağlaya bilib. Bu koalisiya Takaiçinin baş nazir seçilməsində həlledici rol oynayıb.
Oxşar Mövzular
"Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı
17-06-2025, 11:30Astarada qatar 34 yaşlı şəxsi vurub
7-12-2024, 13:44