0
Çərşənbə axşamı
Okt 21

ABŞ Senatı Rusiyaya qarşı sanksiyalar layihəsinin qəbulunu təxirə saldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsinin Senatda müzakirəsi ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşünə qədər təxirə salınıb.

King.Az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Senatdakı respublikaçılar çoxluğunun lideri Con Tyun bildirib.

"Hazırda biz bir növ pauza düyməsini basırıq", - deyə o qeyd edib.

Söhbət bu ilin aprel ayında senatorlar Lindsi Qrem və Riçard Blyumental tərəfindən təqdim edilən qanun layihəsindən gedir.

Layihəyə əsasən, əgər Rusiya Ukrayna ilə uzunmüddətli sülh sazişinə razılaşmasa, Rusiyanın neft, qaz, uran və digər məhsullarını alan ölkələrdən idxala 500 faiz gömrük rüsumu tətbiq ediləcək.

Qeyd edək ki, Putin və Trampın yaxın iki həftə ərzində Budapeştdə görüşəcəkləri gözlənilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.