Şənbə
Okt 11

"YouTube", "Apple" və "Google"ın uşaqların müdafiəsi ilə bağlı tələblərə uyğunluğu yoxlanılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Snapchat", "YouTube", "Apple" və "Google"ın fəaliyyəti Avropa İttifaqının (Aİ) yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında qanunvericiliyinin prinsiplərinə uyğunluğa görə yoxlanılacaq.

King.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının (AK) saytında dərc edilmiş bəyanatda bildirilir.

İlk araşdırmalar rəqəmsal xidmətlər haqqında qanuna uyğun olaraq başlanıb.

Sənəddə qeyd olunur ki, AK bu platformalardan istifadəçinin yaşının yoxlanılması sistemləri, habelə yetkinlik yaşına çatmayanların qeyri-leqal məhsullara, o cümlədən narkotik və ya veyplərə, yaxud zərərli kontentə, o cümlədən qidalanma pozuntularını təbliğ edən məzmuna çıxışının qarşısını necə aldıqları barədə məlumat təqdim etməsini xahiş edir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.