Qəzza sektorunda radikal qruplar tərəfindən saxlanılan girovlar oktyabrın 13-də və ya 14-də İsrailə qaytarılacaqlar. İsrail tərəfi isə həbsxanalardan 250 məhkum terrorçunu və 2023-cü il oktyabrın 7-dən sonra həbs edilmiş Fələstin anklavının 1 700 sakinini azad edəcək.
King.Az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin məsləhətçisi Dmitri Gendelman öz "Telegram" kanalında məlumat yayıb.
"İsrail girovları bazar ertəsi və ya çərşənbə axşamı günü azad ediləcəklər. Bunun müqabilində İsrail terrorizmdə ittiham olunan 250 məhkumu və oktyabrın 7-dən sonra həbs edilmiş 1 700 Qəzza sakinini azad edəcək", - deyə o yazıb.