Şənbə
Okt 04

Məktəblərdə pul yığımı yenidən gündəmdə - Şagirdlər danışdılar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Təhsil sistemi son zamanlarda islahatların keçirilməsinə baxmayaraq, məktəblərdə valideynlərdən pul yığılması problemi hələ də aradan qalxmayıb.

Bu hal ən çox da 5 oktyabr Müəllimlər Günü və 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində aktuallaşır. Baxmayaraq ki, təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması qəti qadağan olduğunu dəfələrlə bildirib.

Lakin bu tələblərə riayət etməyənlərin sayı kifayət qədər çoxdur. Şagirdlər arasında aparılan sorğular da bu halların davam etdiyini təsdiqləyir.

Şagirdlərdən biri "bəli, müəllimimizə hədiyyə aldıq. Konfetlər və konvert verdik" deyərək vəziyyəti təsdiqləyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.