Çərşənbə axşamı
Sen 23

Baydenin sabiq köməkçisi Rusiya vətəndaşlığını qəbul edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-nin sabiq Prezidenti Co Bayden senator olduğu zaman onun köməkçisi kimi işləmiş Tara Rid Rusiya vətəndaşlığını qəbul edib.

King.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin bununla bağlı müvafiq fərman imzalayıb.

Məlumata görə, 26 fevral 1964-cü ildə ABŞ-də anadan olan qadın 2020-ci ilin yazında Baydeni 1993-cü ildə baş vermiş cinsi təcavüzdə ittiham edib.

Bayden Ridin ittihamlarının həqiqətə uyğun olmadığını bildirib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.