"Ukraynada 20 milyon nəfərin şəxsi məlumatlarının genişmiqyaslı sızması baş verib".
King.Az bildirir ki, bu barədə Ukraynanın xalq deputatı Aleksandr Fediyenko sosial şəbəkə hesablarında məlumat verib.
Onun sözlərinə görə, "diia_users_db_2025" adlı fayl şəbəkədə pul qarşılığında təklif olunur.
Bildirilir ki, arxivdə vətəndaşların məlumatları toplanıb, məlumat bazasının həcmi təxminən 20 milyon sətirdir.
Bunların yalnız məhdud hissəsinə giriş var, tam hissəsi isə satın almaq üçün təklif olunur.
Deputat vurğulayıb ki, bazada, o cümlədən tanınmış siyasətçilərin telefon nömrələri var.
Fediyenko təcili olaraq bütün yerlərdə parolları dəyişdirməyi, ikifaktorlu autentifikasiyanı aktivləşdirməyi və mümkünsə, maliyyə nömrələrini dəyişdirməyi məsləhət görür.
Oxşar Mövzular

İsmayıllıda 55 yaşlı kişi texniki spirt içdi, vəziyyəti ağırdır
26-03-2026, 15:34Melaniya Trampın Putinə yazdığı məktubun məzmunu açıqlandı
17-08-2025, 12:04