Şənbə
Sen 20

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Sentyabrın 20-də Azərbaycanın dörd şəhəri - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə öz gününü qeyd edir.

King.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib.

Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust - Laçın Şəhəri Günü;

4 oktyabr - Cəbrayıl Şəhəri Günü;

17 oktyabr - Füzuli Şəhəri Günü;

20 oktyabr - Zəngilan Şəhəri Günü;

25 oktyabr - Qubadlı Şəhəri Günü;

8 noyabr - Şuşa Şəhəri Günü;

20 noyabr - Ağdam Şəhəri Günü;

25 noyabr - Kəlbəcər Şəhəri Günü.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.