Cümə
Sen 19

Oleq Qazmanov erməni tanışı borcu qaytarmadığına görə məhkəməyə müraciət edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın Xalq artisti Oleq Qazmanov Moskva Şəhər Məhkəməsinə dələduzluq işi ilə bağlı müraciət edib.

King.Az "Pyatıy kanal"a istinadla xəbər verir ki, bu barədə müğənninin vəkili Roman Kuzmin məlumat verib.

Qeyd olunub ki, sənətçi həyat yoldaşı ilə birlikdə dələduzluq sxeminin qurbanı olması şübhəsi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.

Qazmanovlar 2019-cu ildə tanışları Gevork Sarkisyana külli miqdarda borc veriblər və o, guya puldan investisiya kimi istifadə etmək niyyətində olub.

Daha sonra Sarkisyan borcunu və onun faizlərini ödəməkdən imtina edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.