"ABŞ avropalı müttəfiqlərinin oxşar addımları olmadan Pekinin Rusiya neftini almasına cavab olaraq Çin məhsullarına qarşı rüsumlar tətbiq etməyəcək".
King.Az-ın xəbərinə görə, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" və "Bloomberg" agentliklərinə müsahibəsində deyib.
"Biz avropalıların indi öz töhfələrini verəcəklərini gözləyirik və avropalılarsız hərəkət etməyəcəyik", - deyə o, tariflərin tətbiqi mümkünlüyü ilə bağlı sualı cavablandırıb.
Sentyabrın 13-də ABŞ Prezidenti Donald Tramp bütün NATO ölkələri Rusiya neftini almağı dayandırarsa, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirmişdi.
Oxşar Mövzular
Səkkiz aydır kosmosda çarəsiz qalan astronavtların bəxti yenə gətirmədi
13-03-2025, 14:16