0
Bazar ertəsi
Sen 15

"Atena" şirkətində qanun pozuntusu müəyyən edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Atena" MMC barəsində süd və süd məhsullarının istehsalı və satışı zamanı haqsız rəqabətə yol verilməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı araşdırma aparıb.

King.Az xəbər verir ki, bu barədə APA-ya Agentlikdən bildirilib.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması məqsədilə rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.