0
Bazar ertəsi
Avq 25

Son iki ayda Günəşdə ən böyük partlayış qeydə alınıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Alimlər 2025-ci il iyunun 20-dən etibarən Günəşdə ən güclü partlayışı qeydə alıblar, onun maksimal şüalanması Bakı vaxtı ilə saat 9:24-də qeydə alınıb.

King.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.

Məlumata görə, partlayış M4.6 səviyyəsinə çatıb və müasir beş ballıq sistem üzrə dördüncü kateqoriyaya aid edilib.

"Hazırda fəaliyyət mərkəzləri hələlik Yerə birbaşa istiqamətlənmədən uzaqdır, lakin yaxın sutkalar ərzində onlar elə yerdəyişmə edə bilər ki, planetimizə təsir ehtimalı əhəmiyyətli dərəcədə artacaq", - deyə laboratoriyadan qeyd edilib.

Alimlərin məlumatına görə, plazma emissiyalarının ilk periferik təsirləri Yerə avqustun 25-də axşam saatlarında təsir edə bilər, əsas təsir isə avqustun 26-da günün ikinci yarısında gözlənilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.