Hayfa Universitetinin arxeoloqları Qalileya dənizi yaxınlığında apardıqları qazıntılar zamanı yunan dilində "Yaşlılara dinclik" sözlərinin yazıldığı mozaika paneli aşkarlayıblar.
King.Az "Israel National News"a istinadən xəbər verir ki, bu tapıntı İsraildə ilk qocalar evinin mövcud olduğunu sübut edə bilər.
Mozaika paneli binanın giriş hissəsində yerləşib. Alimlərin ehtimallarına görə, qocalar evi eramızın IV əsrinin sonu - V əsrin əvvəllərində fəaliyyət göstərib.
Mütəxəssislər bildirirlər ki, bu mozaika təxminən 1 600 il əvvəl belə müəssisələrin mövcudluğunun ilk maddi sübutudur.
Oxşar Mövzular
Gündəlik Bürclər-(18.11.2024)
18-11-2024, 00:00
Tramp: "NATO nüfuzuna vurduğu ləkəni heç vaxt yuya bilməyəcək"
7-04-2026, 13:08Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır
4-10-2024, 21:12