0
Şənbə
Avq 23

"Hörümçək adam"ın kostyumu hərraca çıxarılacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Hörümçək-adam 2" və "Hörümçək-adam 3" filmlərində aktyor Tobi Maquayrın geyindiyi kostyum hərraca çıxarılacaq.

King.Az xəbər verir ki, bu barədə "Propstore" auksion evinin saytında məlumat yayılıb.

Bildirilib ki, hərrac sentyabrın 4-də keçiriləcək. Kostyum "Oskar" mükafatı laureatı, tanınmış dizayner Ceyms Açeson tərəfindən hazırlanıb. Qırmızı və mavi rəngli geyim superqəhrəman filmlərinin ən məşhur kostyumlarından birinə çevrilib.

Məlumata görə, satışa çıxarılan geyimin daxili astarında onun "Hörümçək-adam 3" filminin çəkilişlərində istifadə edildiyini təsdiqləyən "3.S" işarəsi var.

Lotun başlanğıc qiyməti 50 min ABŞ dolları müəyyən olunub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.