İlon Mask öz siyasi partiyasının yaradılmasının dayandırılması ilə bağlı "The Wall Street Journal" (WSJ) nəşrinin paylaşımına cavab olaraq bildirib ki, bu nəşrə etibar etmək olmaz.
King.Az-ın xəbərinə görə, Mask bu barədə "X" sosial şəbəkəsində müvafiq postun altında yazıb.
"WSJ-in verdiyi heç bir məlumatı doğru saymaq olmaz", - deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl WSJ mənbələrə istinadən xəbər vermişdi ki, Mask biznesə diqqəti yönəltmək və ABŞ Respublikaçılar Partiyasından səsləri əllərindən almamaq üçün yeni siyasi partiyanın yaradılmasını dayandırıb.
Oxşar Mövzular
"Volkswagen" onminlərlə iş yerini ixtisar edəcək
22-12-2024, 16:56